MƏHSULLARIMIZ




POPULYAR VİDEOLAR

VİDEO
Naxçıvan TV, 05.01.2019
Daxili bazar keyfiyyətli məhsullarla təmin edilir  EXCLUSIVE 
“Naxçıvan Bağları” MMC-nin məhsulları Rusiya bazarlarına ixrac olunur

2011-cü ilin dekabr ayında dövlət maliyyə dəstəyi ilə yaradılan “Naxçıvan Bağları” MMC kompleksi tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilib. Burada damcı və çiləmə üsulundan istifadə edilir. Müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir.

“Naxçıvan Bağları” MMC-nin istixana kompleksində 90 min ədədə yaxın 5 növdə pomidor yetişdirilir.

Ayza, pəmbə, akın, pəmbə kokteyl pomidor sortaları alıcılar tərəfindən həvəslə alınır. Sınaq məqsədilə istixananın yardımçı təsərrüfatlarında çuğundur, qırmızı kələm, brokoli, kahı və gül kələmi kimi tərəvəzlərin əkini də həyata keçirilir. İstehsal prosesində yalnız üzvi gübrədən istifadə olunur. Şitillərin tozlandırılması isə xüsusi işçi arılar vasitəsilə həyata keçirilir ki, bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir. Bununla yanaşı Naxçıvan Bağları istixana kompleksinin məhsulları muxtar respublikamızdakı bütün market və ticarət şəbəkələrində satışdadır. Daxili bazarın tələbatı ödəndikdən sonra tərəvəz məhsulları paytaxt Bakıya və respublikamızın digər şəhərlərinə də ixrac olunur.

İstixana kompleksində yetişdirilən məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur.

Naxçıvan bağları istixana kompleksində 50 nəfər işlə təmin olunub.



Elçin Bağırov: “Naxçıvan Bağları” MMC-nin hədəfi ixrac coğrafiyasını genişləndirərək xarici ölkələrin bazarlarına çıxmaqdır

“Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac coğrafiyasını daha da genişləndirəcək.

NUHÇIXAN xəbər verir ki, bunu “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında deyib.

Elçin Bağırov bildirib ki, əlverişli biznes mühitindən yararlanaraq 2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiya 2 milyon manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə, müəssisənin istehsal gücünün və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradıb. Sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnərək ilkin mərhələdə 12 min kvadratmetr sahədən ibarət olan istixana kompleksi genişləndirilərək 60 min kvadratmetrə, illik məhsul istehsalı isə intensiv üsullardan istifadə etməklə 250 tondan 1200 tona yüksəlib. Bundan əlavə, Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkini həyata keçirilir.

“Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır”, - deyə Elçin Bağırov bildirib.



“Naxçıvan bağları” süfrələrin bəzəyinə çevrilir

“Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki istilikxana kompleksində tərəvəz məhsullarının çeşidi və istehsalı artırılır.

Naxcivantv.az xəbər verir ki, 46 min kvadratmetr sahəni əhatə edən istilikxanada bu il ərzində 900 tondan çox tərəvəz məhsulları istehsal edilərək satışa göndərilib. Burada 17 növdə pomidor və badımcan yetişdirilir. İldə iki dəfə pomidor əkini aparılır. Kompleksdə havalandırma və istilik sistemləri avtomatlaşdırılıb.

Kompleksin direktoru Arzu İsmayılov əməkdaşımıza bildirib ki, istilikxanada 3 min kvadratmetr sahədə çiyələk də yetişdirilir. Burada sarımsaq əkini də aparılır.

Muxtar respublika əhalisinin tərəvəz məhsullarına təlabatının ilboyu yerli istehsal hesabına ödənilməsində dövlət maliyyə dəstəyi ilə yaradılan bu təsərrüfat sahəsi mühüm rol oynayır. İstilikxana kompleksinin istehsal etdiyi tərəvəz məhsullarının qonşu ölkələrə ixracı da planlaşdırılır.



“Naxçıvan Bağları” Rusiyaya ixraca başlayıb

"Marja" xəbər verir ki, bunu “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında deyib.

Elçin Bağırov bildirib ki, əlverişli biznes mühitindən yararlanaraq 2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiya 2 milyon manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə, müəssisənin istehsal gücünün və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradıb. Sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnərək ilkin mərhələdə 12 min kvadratmetr sahədən ibarət olan istixana kompleksi genişləndirilərək 60 min kvadratmetrə, illik məhsul istehsalı isə intensiv üsullardan istifadə etməklə 250 tondan 1200 tona yüksəlib. Bundan əlavə, Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkini həyata keçirilir.

“Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır”, - deyə Elçin Bağırov bildirib.








Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений

“Naxçıvan Bağları” MMC • 2013-2019
Webmaster • Elşən NƏSİROV • Global Network Technologies

© Müəlliflik hüququ qorunur