Gül Kələm

Gül kələmi Aralıq dənizi sahillərində daha çox yetişir. İlk dəfə gül kələmi XVII əsrdə Qərbi Avropa ölkələrində yetişdirilmişdir. Bizim ölkəmizdə gül kələmindən az adam xoşlanır, amma Avropa mətbəxinin bir çox qidalarında kələmin bu növündən geniş istifadə edilir. Gül kələmi birillik tərəvəz bitkisidir. O mil kökə malik olan tərəvəzlər qrupuna daxildir. Onun yarpaqları slindir formada olub 15-70 sm hündürlüyə qədər yüksələ bilir. Gül kələminin yarpaqları böyüdükcə üfüqi vəziyyət alır və yarpaqların ortasından spiral formalı körpə kələm yarpaqları inkişaf etməyə başlayır. Yarpaqlar yerə oturduqca körpə spiralvari kələm yarpaqları böyüməyə başlayır və eninə-uzununa böyüyərək ağ gül kələminin formalaşmasına səbəb olur. Körpə kələm yarpaqlarının rəngi açıq yaşıl rəngdə olur və böyüdükcə üçkünc başlıqlar əmələ gətirir. Bu başlıqlar da inkişaf etdikcə ağ, topa şəkilli kələmlərə - gül kələminə çevrilir. Kiçik kələm başlıqları 3-15 sm ölçülərində olur və böyüdükcə rəngləri ağarmağa başlayır. Gül kələminin meyvəsi çox hissəli meyvə olub, uzunluqları 6-8,5 sm uzunluğunda olur.

Gül kələminın Tərkibi

100 qram gül kələminin qida dəyərliliyi:

- Zülallar – 2,5 qram
- Yağlar – 0,3 qram
- Kabohidratlar – 4,2 qram
- Su – 90 qram
- Kalori dəyəri – 30 kKal

Gül kələminin Faydaları

Gül kələminin tərkibi duzlar, zülallar və karbohidratlarla zəngindir. Gül kələmində olan zülalların tərkibində çoxlu amin turşuları (ariqinin, lizin) var. Onun tərkibi orqanizm üçün faydalı olan və asan sorulan sellüoza ilə zəngindir. Kələmin çiçəklərində orqanizm tərəfindən asan sorulan azot birləşmələri və zülallar da var.

Gül kələminin tərkibində çoxlu miqdarda C, B1, B2, PP, A, H vitaminləri, kalium, kalsium, natrium, fosfor, dəmir, maqnium var. Gül kələmi pektin, alma, fol, pantoten və limon turşusu ilə zəngindir. Onun tərkibində olan dəmir qara istiot və yaşıl noxudun tərkibində olan dəmirin miqdarından 2 dəfə, badımcanın və kabaçokun tərkibindəkindən 3 dəfə artıqdır. Gül kələmi insan orqanizmi tərəfindən digər kələmlərə nisbətən daha asan sorulur. Gül kələmini dietik qida hesab eləmək olar. Onu mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlar müalicə məqsədilə qida rasionuna daxil edə bilər. Bu kələmi qaraciyər və öd kisəsi xəstəliklərindən əziyyət çəkən adamlar da istədikləri qədər yeyə bilərlər. Gül kələminin tərkibindəkilər ödün boşalmasını sürətləndirərək bağırsaq möhtəviyyatının asan xaric olunmasına yardım edir. Onu uşaq qidalarına da əlavə etmək olar. Mədənin sekretor funksiyasının pozulmaları zaman gül kələminin şirəsindən istifadə eləməklə xəstəliyin əlamətlərini azaltmaq mümkündür. Davamlı olaraq gül kələmi qəbul edən adamlarda xərçəng xəstəliyi riski aradan qalxır. Belə ki, gül kələmi qadınlarda döş, kişilərdə isə prostat vəzi xərçənginin əlamətlərini azaltmaq qabiliyyətinə malikdir. Ondan adları çəkilən xərçəng xəstəliklərinin profilaktikası zamanı da istifadə edilir. Gül kələmindən qastrit, diabet, bronxit, qaraciyər və böyrək xəstələri istədikləri qədər istifadə edə bilərlər.








Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений

“Naxçıvan Bağları” MMC • 2013-2019
Webmaster • Elşən NƏSİROV • Global Network Technologies

© Müəlliflik hüququ qorunur